Onlayn ictimai-siyasi qəzet
Bu konfransın təşkil edilməsi düzgün qərardır. Bunu dəstəkləyən Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycana çox böyük xidmət göstərir.
Bu fikirləri Musavat.com-a İrəvan xanı Həsən xanın nəvəsi, Türkiyədə yaşayan professor Turxan Turqut bildirib.
Professor hesab edir ki, qərbi azərbaycanlıların səsini çatdırmaq üçün ən uyğun platforma beynəlxalq konfranslardır:
"Məsələnin media vasitəsilə işıqlandırılması kifayət deyil, diaspora da o qədər güclü deyil. Buna görə də biz beynəlxalq konfranslar vasitəsilə səsimizi Qərbə çatdırmalıyıq. Konfransda diplomatların da iştirak etməsi müsbət haldır çünki haqlı mübarizəmizdə bizi dinləyə bilirlər. İndiki dövrdə yüz minlərlə azərbaycanlının İrəvana köçməsi asan məsələ deyil. Amma ən azından dünya haqlı mübarizəmizi qəbul edilməlidir. Bu baxımdan konfransın keçirilməsini önəmli hesab edirəm".
Nigar HƏSƏNLİ,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ