İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan-Qafan reysi təxirə salındı-SƏBƏB  

Xəbər verdiyimiz kimi, Paşinyan İrəvandan Qafana müntəzəm reyslərin açılacağını elan etmişdi.

Musavat.com sputnikarmenia.com-a istinadən xəbər verir ki, avqustun 25-ə planlaşdırılan reys təxirə salınıb. Ermənistanın Mülki Aviasiya Komitəsindən verilən məlumata görə, İrəvan-Qafan-İrəvan reysi əlverişsiz hava şəraiti səbəbindən baş tutmayıb. Təyyarə səhər İrəvandan Qafana uçmalı, sonra geri qayıtmalı idi.

Qeyd edək ki, avqustun 21-dən İrəvan-Qafan-İrəvan müntəzəm reysləri açılıb. L-410–UVP E20 kiçik tutumlu Layner 17 sərnişin üçün nəzərdə tutulub.

Ermənistanın Sünik vilayətinin administrasiyası Qafan hava limanından İrəvana uçuşların cədvəlini açıqlayıb. Uçuşlar hər həftənin bazar ertəsi və cümə günləri həyata keçirilməlidir. Biletlərin qiyməti 20 min dramdan (50 dollardan bir qədər çox - red.) başlayır.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR