İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan BMT TŞ-dəki dostlarımıza “qarmaq” atır – Mirzəyanın məkrli BƏƏ səfəri

Fikrət Yusifov: “Qarabağ torpaqlarımızdakı iylənmiş yaranı kəsib atmaq lazımdır”

Azər Badamov: “Ermənistan bilməlidir ki...”

Sentyabrın 7-8-də Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olub. Burada o, ölkənin prezidenti, xəlifə Məhəmməd bin Zaid ən-Nəhayyən, Federal Milli Şurasının sədri Saqr Qobaşla, xarici işlər naziri Abdullah bin Zaid ən-Nəhayyənlə görüşüb. 

Ermənistan XIN-in mətbuat xidmətinin məlumatına görə, Mirzəyan görüşlər zamanı Qarabağda “humanitar böhran” yaşandığını məxsusi qabardıb. “Ararat Mirzəyan Azərbaycanın Laçın dəhlizini bağlaması nəticəsində yaranmış vəziyyəti ətraflı təqdim edib. Bununla bağlı nazir problemin dünya ictimaiyyətinin, o cümlədən BMT Təhlükəsizlik Şurasının diqqət mərkəzində saxlanmasının vacibliyini vurğulayıb. Mirzəyan habelə Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərinin beynəlxalq mexanizm çərçivəsində həllinin vacibliyini vurğulayıb”, - məlumatda vurğulanır.

Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında viza rejiminin qarşılıqlı ləğvi və sentyabrda İrəvanda BƏƏ-Ermənistan biznes-forumun keçirilməsi haqda razılıq əldə olunub.

Məlumat üçün bildirək ki, Ermənistanın BƏƏ-də səfirliyi 2000-ci ildən fəaliyyət göstərir. BƏƏ-nin Ermənistandakı səfirliyi isə 2015-ci ildə açılıb. 2018-ci ildə Dubayda Ermənistanın Baş Konsulluğu işə başlayıb. 7 oktyabr 2022-ci ildən Karen Qriqoryan Ermənistan Respublikasının BƏƏ-dəki səfiri təyin edilib.

BƏƏ hazırda BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi 10 üzvündən biridir. Ölkəni TŞ-yə müvəqqəti (2 illik) üzvlüyü bu ilin sonuna bitəcək. Yəni hələ 3 ay yarım var. Bu müddətdə heç də istisna deyil ki, İrəvan Fransanın əli ilə bir daha ölkəmiz əleyhinə qətnamə qəbuluna çalışacaq.

Mirzəyanın BƏƏ səfəri hər şeydən öncə bu məkrli hədəfə hesablanmış ola bilir. Yəni tərəfdaş toplamaq məsələsi. Başqa sözlə, İrəvan Bakıya qarşı məkrli taktikasına bu cür düzəliş etməyə, TŞ-dəki dost-tərəfdaşlarımıza “qarmaq” atmağa qərar verib. Alınacaqmı?

Xatırladaq ki, ərəb-islam dünyasının mühüm ölkələrindən olan BƏƏ-nin Azərbaycanla yaxşı münasibətləri var . Ölkə Qoşulmama Hərəkatında təmsil olunur. BMT TŞ -də avqustun 18-də keçirilən və Ermənistan-Fransa cütlüyünün fiaskosu ilə bitən iclasda Azərbaycanın mövqeyindən çıxış edib. Həmin toplantıda Malta və Fransa istisna olmaqla, ümumiyyətlə, İrəvanın yalanlarını dəstəkləyən olmayıb.

Maraqlıdır ki, bu arada Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen G20 sammitində BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyandan sanksiyaya məruz qalan malların Rusiyaya ikili ixracı ilə bağlı məhdudiyyətlər tətbiq etməyi tələb edəcəyi haqda xəbər yayılıb. Bildirilir ki, artıq bir çox mənbələr BƏƏ-nin Rusiyaya qadağan olunan malların ikili idxalında əsas vasitəçilərdən biri kimi təqdim edir. 2022-ci ilin sonunda Moskva ilə Əbu-Dabi arasında ticarət dövriyyəsi 68 faiz artaraq 9 milyard dollara çatıb. İndiyədək ölkələr arasında ticarətin belə artımı heç vaxt qeydə alınmayıb. BƏƏ həmçinin Qərbə ixracı qadağan olunan Rusiya mallarının, xüsusilə də qızıl və almazın Ermənistan üzərindən alınaraq, reixracında mühüm həlqə sayılır. Belə ki, təkcə bu ilin 5 ayında Ermənistanla BƏƏ-nin ticarət dövriyyəsi 6 dəfəyə yaxın artaraq 465 milyon 106 min dollar təşkil edib. Bunun mütləq hissəsi Ermənistanın BƏƏ-yə qızıl-almaz məmulatları ixracıdır. Hələlik Qərbdən Ermənistana bu vasitəçiliyə görə hər hansı ciddi xəbərdarlıq edilməyib.

Mirzəyanın Əbu-Dabiyə səfərində ikinci əsas hədəf də bu ola bilərmi?

Fikrət Yusifov: Azərbaycan müstəqil enerji siyasəti ilə əhəmiyyətini daha  da artıracaq - "İki sahil"

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bəzi məsələlərdə gecikdiyimizi qeyd etdi: “Ermənistan hakimiyyəti elə bir durumdadır ki, onun bu durumdan çıxmaq üçün atdığı heç bir addıma təəccüblənmək lazım deyil. Özgə torpaqlarını yağmalamaq xəstəliyi bu gün Rusiyanı çökdürməkdə olduğu kimi, Ermənistanı çökdürmək üzrədir.

Bu durumda biz nə etməliyik? Daha çevik olub, erməni xisləti ilə bizə qarşı atılan bütün addımları önləməyi bacarmalıyıq. Təəssüf ki, biz ermənilərdən fərqli olaraq, bir çox hallarda bunu edə bilmirik və ya olduqca gec edirik. Baxın, elə son humanitar yardım məsələsində nə qədər gecikdik. Biz ermənilərin Laçın yolu ilə Xankəndinə humanitar yardım gətirdiyi günün sabahı öz humanitar yardımımızı Ağdam - Xankəndi yoluna gətirməli idik. Ancaq biz nə etdik? Ermənilər dünya aləmi ayağa qaldırıb, məsələni BMT Təhlükəsizlik Şurasına çıxartdıqdan bir xeyli sonra, Ağdam-Xankəndi yolu ilə iki avtomobil humanitar yardımı Xankəndinə göndərmək istədiyimizi bəyan etdik. Ancaq bunu ilk gündən etsəydik, atdığımız addımın effekti tam başqa olacaqdı. Biz belə məsələlərdə gecikdikcə ermənilər təbliğat meydanında daha çox uğur qazanırlar.

İndi vəziyyət elə bir hala gəlib ki, onlar bütün dünyanı inandırıblar ki, Qarabağ torpaqlarımızda 120 min erməni yaşayır. Halbuki orada 30 mindən çox erməni yoxdur və bunun da 10 mini separatçıların qanunsuz hərbi birləşmələrindən ibarət toplumdur. Biz indi beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməliyik. Bu humanitar yardımların böyük bir hissəsinin Qarabağ torpaqlarımızda qanunsuz fəaliyyət göstərən erməni hərbi birləşmələrinin – quldur dəstələrinin ehtiyacları üçün göndərildiyini bəyan etməliyik. Biz isə hələlik bu məsələni lazım olan qədər qabarda bilmirik”.

Sabiq nazir bir təkliflə də çıxış etdi: “Hesab edirəm ki, gecikmədən BMT Təhlükəsizlik Şurasının müzakirəsinə Ermənistanın torpaqlarımızda 10 mindən çox qanunsuz hərbi birləşmələr saxlaması məsələsini çıxartmalıyıq. Qoy bütün dünya görsün ki, suveren dövlətin ərazisində qanunsuz həbi birləşmələr fəaliyyət göstərir. Suallar çoxdur. İnformasiya meydanında bu qəbildən olan məsələlərdə geridə qalmağımız bizə antiterror əməliyyatını aparmaqda da çətinliklər yaradacaq. Əksinə, bu məsələləri dünya ictimaiyyəti qarşısında yetərincə qabarda bilsək, aparacağımız antiterror əməliyyatını daha sanballı əsaslandırmış olarıq. Belə məsələlərdə ətalət bizə yaraşmır.

Antiterror əməliyyatı gecikməməlidir. O gecikdikcə problem dərinləşir və onun həlli çətinləşir. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya, o cümlədən Ermənistan da tanıyırsa, biz öz ərazilərimizdə separatçıların, onların “təhlükəsizliyini” təmin edən quldur dəstələrinin mövcudluğu ilə necə barışa bilərik? Bu məsələdə barışıq yeri yoxdur. Bir gündə genişmiqyaslı antiterror əməliyyatı keçirib, separatçı rejimin başında dayananların hamısını həbs etmək və oradakı hərbi quldur dəstələrini tam məhv etmək lazımdır. Bundan sonra hansı sadə erməni (sadə erməni olmur) Azərbaycan vətəndaşı kimi Qarabağ torpaqlarımızda yaşamaq istəyəcəksə, qalıb yaşasın, bunu istəməyənlər isə rədd olub Ermənistan adlı cəhənnəmə getsinlər. Bu fikirləri bir qədər emosiya ilə söyləsəm də hesab edirəm ki, dediklərimin alternativi yoxdur. Həyatda bir belə anlayış var: - əgər qarşındakı haqsıza güzəştə gedirsənsə, bax, o güzəşt çomağının ağır tərəfi sonradan qayıdıb sənin öz başına dəyir. Böyük siyasətdə də belədir. Gecikirik…

Biz gecikdikcə ermənilər qapı-qapı düşüb bütün dövlətlərə “öz həqiqətlərini” çatdırmağa çalışacaqlar. Erməni həyasızlığının bütün üzlərini yüz illərdir görmüş və görməkdə davam edən bizlər onların əməllərinin qarşılığında layiq olduqları üsullarla oyunlar qurmağı bacarmalıyıq, daha doğrusu istəsək də, istəməsək də artıq bunu etməliyik. Hər kəslə öz dilində danışmağı bacarmaq lazımdır. Adi futbolda belə, rəqib komandaya, onun oyun taktikasını tətbiq etməklə qalib gəlmək mümkün olur…

Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Ermənistan iqtisadiyyatı “dirçəlməyə” başlayıb. Bu dirçəlişin nə hesaba baş verdiyini mən hələ iki ay öncə sizin saytda dərc olunan “bir-gulle-ile-bir-nece-hedefi-vuran-irevanin-sok-yalanlari-uze-cixdi-bu-2-olke-ermenistani-cezalandiracaq” başlıqlı yazımda qeyd etmişdim.

Bəli, bu gün bir çox malların Rusiyaya idxalına və Rusiyadan ixracına beynəlxalq sanksiyalarla qadağa qoyulduğundan, Ermənistan bu missiyanın bir böyük parçasını öz üzərinə götürüb. Yəni, ermənilər Rusiya üçün həmin məhsulların idxal və ixracını öz dövlətləri adına edərək, bir tərəfdən Rusiyaya ayı xidməti göstərirlər, digər tərəfdən də öz iqtisadiyyatlarını “çiçəkləndirirlər”.

Bütün fəaliyyəti ikili standartlar üzərində qurulmuş qərb dövlətləri isə baş verən bu olaylardan yetərincə xəbərdar olsalar da, iqtisadiyyatı batmaqda olan Ermənistana bu yolla nəfəslik verirlər. Onlar Ermənistana bu məsələlərdə sadəcə “xəbərdarlıq” etməklə kifayətlənirlər.

Təsəvvür edirsinizmi, Rusiyaya bu ayı xidmətini Azərbaycan göstərsəydi nələr baş verərdi? Qərb Rusiyaya tətbiq edilən bütün sanksiyaları həmin Azərbaycana da tətbiq edərdi. Ona görə də, ikiüzlü Qərbin heç bir çağırışına baxmaq lazım deyil. Dərhal və qətiyyətlə antiterror əməliyyatına başlayıb Qarabağ torpaqlarımızdakı iylənmiş yaranı kəsib atmaq lazımdır”.

Deputat Azər Badamov erməniləri ümidlənməməyə çağırdı: “Ermənistan bir neçə dəfə Fransanın dəstəyi ilə BMT TŞ-da Azərbaycana qarşı qətnamələr qəbul etdirmək istəyib. Amma BMT TŞ-da Azərbaycanın dostları ölkəmizə qarşı  qərəzli qətnamələrin qəbul olunmasına imkan verməyib. İndi isə Ermənistan taktikasını dəyişərək BMT TŞ-dakı dostlarımızı öz tərəfinə çəkməyə çalışır. Ermənistan XİN Ararat Mirzoyanın BƏƏ səfəri və dövlət rəhbərləri ilə görüşləri ancaq bu məqsədi daşıdığını hesab edirəm. Görüşlər zamanı müzakirə olunan əsas mövzu Laçın yolunun bağlanması ilə bağlı yaranmış saxta humanitar böhran ətrafında olub. Təbii ki, Laçın yolu ilə bağlı Xankəndində heç bir humanitar böhran yoxdur. Əgər belə bir böhran olsaydı, Ağdam-Xankəndi yolu ilə göndərilən humanitar yardımları sevə-sevə qəbul edərdilər. Ermənistan separatçılara Ağdam yolu ilə humanitar yüklərin qəbul etməsinə qadağa qoyması ilə Laçın yolu ilə bağlı yaratmış saxta şounun əsasız olduğunu ifşa edir. 

1674832000_550.jpg (32 KB)

BƏƏ-nin Azərbaycanla münasibətləri çox yüksək səviyyədədir. BƏƏ BMT TŞ-da qeyri-daimi üzvü olaraq hər zaman Azərbaycanın mövqeyini müdafiə edib və Mirzoyanın səfərinə baxmayaraq bundan sonra da Azərbaycanla münasibətlərinə çox yüksək dəyər verərək ədalətli mövqeyimizi dəstəkləyəcəklər. Ermənistan isə qapı-qapı gəzərək özünün çirkin niyyətlərini reallaşdırmaq üçün dünya liderlərinin ayaq altına atılaraq rəzil vəziyyətə düşür. Rəzillik və riyakarlıq həm də ermənilərin qanındadır. Ermənistan birmənalı bilməlidir ki, Azərbaycanın mövqeyini heç kim dəyişdirə bilməz  və yaxşı olardı reallığı qəbul edib sülh və əməkdaşlığın yaranmasına xidmət edən yola qədəm qoysun”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR