İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda toyda yanıb ölən 120 nəfər dəfn edilib

Sentyabrın 26-da İraqın Əl-Həmdaniyyə şəhərində toyda baş vermiş dəhşətli yanğında həlak olanların dəfn mərasimi keçirilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sevinc gətirməli olan şənlik, uşaqlar da daxil olmaqla 120 nəfərin həyatına son qoyub. 200-dən çox yaralı var.

Şahidlərin bildirdiyinə görə, yeni evlənənlər rəqs etmək üçün salonun mərkəzinə daxil olan kimi fişənglərdən əmələ gələn alov hər tərəfi bürüyüb. Bina kibrit qutusu kimi alovlanıb və bir çox insanlar odlu cəhənnəmdən çıxa bilməyiblər.

İnsanlar qaçmağa başlayıblar, amma ikinci anda hamının üzərinə alov almış bəzək parçaları düşüb, sonra yanğın tavana yayılıb. Zala sıx və kəskin tüstü toplanıb, orada olanlar kömək çağırmağa başlayıblar.

Bununla belə, toy əlinin çoxu zaldan çıxa bilib,

Keçmiş restoranın yerləşdiyi yer indi xarabalıqdır.

Polis hadisəni nəzarətə götürüb və artıq restoran sahiblərini həbs edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR