İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda toyda 100 adam yanıb-ölüb

İraqın şimal əyalətində toy şənliyi 100-ə yaxın insanın ölümü və 150-dən çox insanın yaralanması ilə başa çatıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, faciəyə səbəb atəşfəşanlığın səbəb olduğu yanğın olub.

Bildirilir ki, tədbirdə atəşfəşanlıq təşkil edilib və bu da yanğına səbəb olub. Hadisənin baş verdiyi zal tez alışan panellərlə üzlənmiş olduğundan yanğın çox sürətlə yayılıb. Nəticədə zalın bəzi hissələri dağılıb.

Çoxlu sayda itki olduğuna görə İraqın Səhiyyə Nazirliyi Bağdad və digər əyalətlərdən əlavə qüvvələr göndərib.

Faciə qurbanları arasında yeni evlənənlərin olub-olmadığı hələlik məlum deyil. Əyalət qubernatoru bildirib ki, ölənlərin vəziyyəti barədə də məlumat yoxdur, ona görə də ölənlərin sayı arta bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR