Onlayn ictimai-siyasi qəzet
İran bu gecə İsrail ərazisinə, əsasən, bir il əvvəl hazırladığı və 2000 kilometr mənzilə malik "Xeybər" ballistik raketindən hücum etdi.
Musavat.com xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, İrana məxsus raketin vurduğu zərərin miqyası istehsalçının elan etdiyi xüsusiyyətlərə tam uyğun gəlmir:
"İran mediasının məlumatına görə, "Xeybər"ballistik raket çəkisi 1,5 tona qədər olan döyüş başlığı daşıya bilir. Onun sürəti atmosfer hüdudlarından kənarda təxminən 19 min 600 kilometr/saata, atmosferdə isə 9 min 800 kilometr/saata çatır. Raketin vurduğu zərərin miqyası istehsalçının elan etdiyi xüsusiyyətlərə tam uyğun gəlmir.
İran PUA-ları Ukraynada olduğu kimi özünü dogrultmadi. İsrail isə birbaşa İran ərazisini deyil, əsasən, Livandakı "Hizbullah" qruplaşmasını vurdu. Hələlik İran hücumları dayandırdı. Məhdud miqyaslı əməliyyatın nəticələri İranın qisas barədə bəyanatına adekvat olmadı".
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ