İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın islam dini faktorundan öz maraqları üçün istifadə etməyə haqqı yoxdur-millət vəkili

İranın ali dini lideri Əli Xameneyinin İsraillə əməkdaşlıq edən İslam ölkələrini satqın və xəyanətkar adlandırması ikiüzlülüyün yüksək həddidir. Çünki İran özlərinə lazım olmayanda İslamı yadından çıxardır, lazım olanda isə islamdan psixoloji təsir vasitəsi kimi istifadə edir. Belə münasibətin sərgilənməsinin islam dini ilə heç bir bağlılığı yoxdur".

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Azər Badamov bildirib. A.Badamov xatırladıb ki, İran 30 il ərzində, Azərbaycanın torpaqları işğal altında olduğu dövrdə islamın düşməni Ermənistanın yanında oldu: "İslam dininin inanc yerləri ermənilər tərəfindən dağıdılaraq təhqir olunanda, müsəlmanların qəbiristanlıqları yerlə- yeksən ediləndə, azərbaycanlılara qarşı soyqırımlar törədəndə Xameneyi və digərləri islam dininin daşıyıcıları olan azərbaycanlıları dəstəkləyərək Ermənistana qarşı belə bir ifadə niyə işlətmədi? Hətta torpaqlarımız işğaldan azad ediləndən sonra Ermənistanın dağıdaraq təhqir etdikləri dini inanc və ibadət yerlərini açıq şəkildə təqdim etdiyimizdə İranın ali dini liderləri və dövlət rəhbərlərinin islam dininin düşməni olan Ermənistanın dövlət rəhbərləri ilə dodaq-dodağa verib öpüşüb qucaqlaşmasına nə ad vermək olardı?".

A.Badamov İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə də toxunub:

"İslam dünyasında bağlantı yaradacaq Zəngəzur dəhlizinin açılmasından narahat olaraq Ermənistanın ərazi bütövlüyünün pozulması İran üçün qırmızı xətdir deməsi islam həmrəyliyinə xəyanət və satqınlıq deyildimi? O cümlədən Azərbaycana qarşı əzələ nümayiş etdirmək üçün Araz çayı sahilində panton körpülər salaraq hərbi təlimlər keçirəndə və öz ərazisindən Ermənistana hərbi texnikasının daşınmasına imkan yaradanda islamçılığı yadından çıxartmışdılarmı? İranın islam dini faktorundan öz maraqları üçün istifadə etməyə heç bir haqqı yoxdur. Azərbaycan İslam dəyərlərinə yüksək səviyyədə dəyər verən ölkədir. Həm də biz müstəqilik və islam dinindən öz məqsədləri üçün istifadə edənlərə görə suveren siyasətimizi kimlərinsə marağına qurban verməcəyik. İsraillə münasibətlərimizin davam etdirilməsi də suveren hüququmuzdur. Biz özümüzə dost olan ölkələrlə münasibətlərimizi heç nəyə baxmadan bundan sonra da davam etdirəcəyik".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR