Onlayn ictimai-siyasi qəzet
İranın İsrailə hücumunun ardından Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkinin övladları ilə birgə ölkəni tərk etdiyi iddia olunub.
Şoumen şayiələrin fonunda sosial media hesabında paylaşım edərək bunu şayiə adlandırıb. O, hazırda İsraildə olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Rusiyada teleqram kanallarından biri Maksimin İsrailə uğurlar arzuladığını, lakin özünün orada olmadığını yazıblar.
"Sakit ol, mən İsraildəyəm. Və İsrailin hava hücumundan müdafiəsinə uğurlar arzulayıram. İsraildə olmasaydım belə, yenə də bunu istəyərdim", - deyə Maksim bildirib.
Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə doğru onlarla pilotsuz təyyarə və raket atıb.
Qeyd edək ki, Puqaçova və Qalkin övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. Alla yenidən Rusiyaya qayıtsa da, cütlüyün Londonda məskunlaşmağa hazırlaşdığı iddia edilib. Lakin sonra onlar yenidən İsrailə qayıdıblar.//Axşam.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ