İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın erməni deputatı: İkinci Qarabağ müharibəsindən sonra...

Region ölkələrində başqa bölgədən olan qüvvələrin mövcudluğu və faktoru problemlər yaradır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu noyabrın 28-də Ermənistan Elmlər Akademiyasında keçirilən elmi konfransda İran parlamentinin üzvü Robert Beqlaryan deyib.

Onun sözlərinə görə, İran Cənubi Qafqazdakı prosesləri və Ermənistanla münasibətləri diqqətlə izləyir.

“İran üçün Ermənistanın ikitərəfli münasibətlərin inkişafında hansı perspektivləri gördüyünü, Ermənistanın təhlükəsizlik məsələsində İranın rolunu necə qəbul etdiyini, Ermənistanın İranın təhlükəsizlik siyasətinə necə reaksiya verdiyini və Tehranın regionda sülhün qorunmasında prioritetlərini anlaması çox vacibdir”, - deyə o əlavə edib.

Beqlaryan xatırladıb ki, SSRİ-nin dağılmasından sonra İranla Ermənistan həmişə mehriban qonşular olub.

“Lakin bu yolda iqtisadi münasibətlərin səviyyəsi həmişə siyasi münasibətlərdən aşağı olub. Bu boşluq ikinci Qarabağ müharibəsindən sonra infrastruktur baxımından xüsusilə nəzərə çarpdı. İkinci Qarabağ müharibəsindən sonra dünyanı narahat edən proseslər fonunda iki ölkə arasında münasibətlər yeni inkişaf mərhələsinə keçib”, - deyə erməniəsilli deputat vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR