İnsanlara hürriyət, millətlərə istiqlal!

İranı təmsil edən şəxs bu dəfə “Zəngəzur dəhlizinin əleyhinəyik” tipli açıqlama verməyib

“İranın xarici işlər naziri Abbas Əraqçinin 24-25 mart tarixlərində Ermənistana səfəri məhsuldar olub. O, erməni həmkarı Ararat Mirzoyanla geniş fikir mübadiləsi aparıb, baş nazir Nikol Paşinyanla görüşüb və ona İran prezidenti Məsud Pezeşkianın salamını çatdırıb”.

Musavat.com-un məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

elxan.jpg (68 KB)

Ekspert qeyd edib ki, Abbas Əraqçi Tehranın “ənənəvi” açıqlamalarını İrəvanda təkrarlayıb:

“İranlı diplomat bölgədəki sərhədlərin toxunulmazlığını vurğulayıb. Tehran yenə ünvanı səhv salıb. Azərbaycan torpaqları işğal altında olarkən İran rəsmilərinin İrəvana səfərləri zamanı “sərhədlər toxunulmazdır” ifadələrini xatırlamıram. Çünki o zaman erməni rəsmiləri bunu Tehranın Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi anlaya bilərdirlər. İran rəsmiləri isə erməni həmkarlarını narahat etməmək üçün sərhədlərin toxunulmazlığı barədə açılama vermirdilər, Qarabağın Ermənistanın işğalı altında olması Tehranı zərrə qədər də narahat etmirdi”.

Elxan Şahinoğlu əlavə edib ki, baş nazir Nikol Paşinyan iranlı diplomatla görüşdə Ermənistanın sülh gündəliyinin həyata keçirilməsinə sadiq olduğunu deyib:

“Əraqçi bu yanaşmaya İranın dəstəyini ifadə edib. “İran Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsi bağlamağa çağırır” - bu da Abbas Əraqçinin İrəvanda verdiyi bir başqa açıqlamadır. Nə əcəbsə İranı təmsil edən şəxs bu dəfə “Zəngəzur dəhlizinin əleyhinəyik” tipli açıqlama verməyib. Görünür, artıq buna ehtiyac yoxdur.

Çünki Nikol Paşinyanın özü dəhlizin əleyhinə olduğuna görə Tehranın baş nazirin bu siyasətindən narahatlığı azalıb. Digər tərəfdən, İran ərazisindən Naxçıvana nəqliyyat dəhlizi olacaq. Bu dəhliz işə düşərsə, Zəngəzur dəhlizinin əhəmiyyəti azalacaq. Əslində, Tehran bununla İrəvana pislik edir. Çünki Paşinyan Zəngəzur dəhlizinə razılaşsaydı, Ermənistan Orta dəhlizin tərkib hissəsi olacaqdı, belə isə İran Ermənistanı qabaqlayacaq”.

Politoloqun sözlərinə görə, Abbas Əraqçi üçün İrəvanda başqa bir önəmli hadisə də baş verib:

“Ermənistan Xarici İşlər Nazirliyi Əraqçinin “Danışıqların gücü” kitabını erməni dilinə çevirərək iranlı diplomatın iştirakı ilə təqdimatını keçirib. Kitabın adı Tehranın siyasətinə uyğun gəlmir. Tehranın gücü danışıqlarda olsaydı, bu qədər dövlətlə münasibətlərdə gərginlik içində olmazdı. Keçəl dərman bilsə, öz başına sürtər. İranın gücü danışıqlarda deyil, qonşu dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərində, müxtəlif silahlı qrupları dəstəkləməkdədir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR