İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı terror aktı ilə bağlı daha 10 nəfər SAXLANILDI

İranın hüquq-mühafizə orqanları Fars əyalətinin Şiraz şəhərində yerləşən Şah-Çerağ məscidində terror aktı törətməkdə şübhəli bilinən 10 nəfəri saxlayıb.

Sfera.az xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məluat yayıb.

"Hazırda Fars əyalətinin təhlükəsizlik qüvvələri terror aktı ilə bağlı 10 şübhəlini saxlayıb... Hadisədə iştirak edən digər şəxslərin müəyyən edilməsi üzrə əməliyyat davam edir", - məlumatda deyilir .

Fars Əyalətinin Ədliyyə İdarəsinin rəisi Seyid Kazım Musəvi isə bir qədər əvvəl Şah-Çerağ məscidində törədilən terror aktı ilə bağlı 4 şübhəlinin həbs edildiyini açıqlamışdı.

Qeyd edək ki, avqustun 13-də İran mediası iki terrorçunun Şah-Çerağ məscidinə hücum etdiyini, nəticədə ölən və yaralananların olduğunu bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR