İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda polis bölməsinə silahlı hücum olub, yaralanan var

İranın Sistan və Bəlucistan əyalətində Xaş polis bölməsinə silahlı hücum olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, “Peugeot 405” markalı avtomobildə olan naməlum şəxslər bir neçə saat əvvəl Xaş şəhərinin 16-cı polis bölməsinə atəş açıblar. Polis əməkdaşları hücum edən şəxslərə cavab atəşi açıb.

Sözügedən avtomobil hadisə yerindən yayınıb.

Atışma zamanı bir polis əməkdaşı yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR