İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda molla əmmaməsindən imtina etdi - VİDEO

İranda molla əmmaməsindən və xalatından imtina edib. 

Musavat.com xəbər verir ki, Məhəmməd Xoşbəyan bu addımı İrana etiraz olaraq atıb.

Məhəmməd Xoşbayan Xameneiyə qarşı çıxdığı üçün xüsusi ruhani məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilən molla rejiminə qarşı çıxan din xadimlərindəndir. Həbsdən çıxdıqdan sonra hakimiyyəti əvvəlkindən daha kəskin tənqid etməsi, onun yenidən həbsinə səbəb olub.

Sonda o, ölkəsində sürgünə göndərilib və öz fəliyyətini özünəməxsus şəkildə sürgündə də davam etdirib.

İndi də Xameneinin muzdluları tərəfindən insanların öldürülməsinə etiraz olaraq video-çarx yayaraq əmmaməsini çıxardıb.

 

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR