İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda daha bir neçə məhkum edam edilib



İranda İnsan Haqları Təşkilatı – HENGAW xəbər verib ki, iyunun 1-də Şiraz şəhərinin mərkəzi həbsxanasında üç məhbus dar ağacından asılıb.

Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, məhbuslardan ikisi narkotik maddələrin qanunsuz dövriyyəsində, biri isə qəsdən adam öldürməkdə ittiham olunub.

Təşkilat bildirib ki, İranın hökumət mediası məhbusların edam olunması ilə bağlı heç bir paylaşım etməyib.

Qeyd edək ki, bu ilin aprel ayının 20-dən may ayının 20-ə kimi ölkə həbsxanalarında 126 nəfərin edam hökmü həyata keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR