İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda çökən binanın dağıntıları əliyalın xalq tərəfindən təmizlənir - VİDEO

Mayın 24-də Abadan şəhərində 10 mərtəbəli “Metropol” binasının çökməsi nəticəsində, son məlumatlara görə, 14 nəfər həyatını itirib, 35 nəfər yaralanıb.

Bununla bağlı “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bununla yanaşı, hələ də onlarla insanın dağıntılar altında qaldığına dair çoxsaylı xəbərlər var.

Videodan da göründüyü kimi, İran hökuməti, həmişə olduğu kimi, indi də dağıntıların təmizlənməsinə xilasedici və canlı qüvvə cəlb etmədiyi, texniki avadanlıq və vasitələrlə təmin etmədiyi üçün bu işlə yalnız əliyalın insanlar məşğul olurlar.

Sosial şəbəkələrdə yayılan videolarda yerli əhali deyir ki, hökumət fəsadların aradan qaldırılması üçün Abadana lazımi canlı qüvvə və texnika göndərmir.

Hətta videolardan birində açıq şəkildə görünür ki, yerli camaat dağıntıları heç bir texniki vasitə olmadan, əliyalın təmizləyərək insanları xilas etməyə çalışır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR