İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 83,7 faiz zənginləşdirilmiş uran hissəcikləri aşkar edilib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) müstəntiqləri İranın "Fordo" nüvə obyektində 83,7 faiz zənginləşdirilmiş uran hissəcikləri aşkar ediblər.

AzVision.az xəbər verir ki, bu barədə UAEA ə-nın hər üç aydan bir İdarə Heyətinə üzv ölkələrlə paylaşdığı İranın nüvə fəaliyyətlərinə dair hesabatında qeys edilib.

Məlumata görə, müstəntiqlər yanvarın 21-də İranın yeraltı "Fordo" zavodunda iki mərhələli IR-6 sentrifuqasının əvvəllər elan ediləndən əhəmiyyətli dərəcədə fərqli şəkildə konfiqurasiya edildiyini müşahidə ediblər; buradan götürülən nümunələrin təmizliyi 83,7 faizə qədər olan hissəciklər olduğu müəyyən edilib.

Hesabatda "İran agentliyə zənginləşdirmə səviyyələrində arzuolunmaz dalğalanmaların keçid dövründə baş verə biləcəyi barədə məlumat verib", - deyə qeyd edilib.

Məsələyə aydınlıq gətirmək üçün agentlik ilə İran arasında danışıqlar davam edir.

Qeyd edək ki, UAEA bundan əvvəl İranın uranın 60 faizini zənginləşdirdiyini bildirmişdi.

Fevralın 20-də bəzi beynəlxalq media orqanlarında İranın uranı 84 faiz səviyyəsində zənginləşdirdiyi barədə xəbərlər yayılsa da Tehran administrasiyası bunu təkzib etmişdi.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR