İnsanlara hürriyət, millətlərə istiqlal!

İRANA ŞOK MESAJ: “Onların hamısı ÖLDÜ – Davamı daha dəhşətli olacaq!”

ABŞ prezidenti Donald Tramp İsrailin İranda yerləşən hərbi obyektlərə genişmiqyaslı bombardmanını şərh edib.

Musavat.com xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb.

“İrana müqavilə bağlamaq üçün çox şans verdim. Onları ciddi şəkildə xəbərdar etmişdim: "Sadəcə bunu edin", – lakin onlar bu fürsəti əldən verdilər. Bildirmişdim ki, nəticələr onların təsəvvür etdiyindən də dəhşətli olacaq. ABŞ dünyanın ən güclü və ölümcül silahlarını istehsal edir. İsrail isə bu silahlara geniş miqyasda sahibdir və daha da çoxu yoldadır. Bəzi iranlı radikallar gurultulu sözlərlə çıxış edirdilər. İndi onların HAMISI ÖLÜB. Bundan sonrası isə daha da pis olacaq. Dağıntılar artıq çox böyükdür, lakin anlaşma hələ də növbəti amansız zərbələrin qarşısını ala bilər. İran öz imperiyasının qalıqlarını qorumaq üçün indi hərəkətə keçməlidir. Daha çox ölüm olmasın, daha çox dağıntı yaşanmasın. SADƏCƏ BUNU EDİN – HƏLƏ GEC DEYİL”, – deyə Tramp yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR