İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Zelenskini HƏDƏLƏDİ

İran Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ Konqresində çıxışından sonra onu hədələyib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Naser Kanaani danışıb.

Məlumata görə, Ukrayna lideri Konqresdə çıxışı zamanı İranı müharibədə istifadə olunması üçün Rusiyaya pilotsuz uçuş aparatları verməkdə ittiham edib.

“Cənab Zelenski yaxşı bilir ki, İranın bu cür əsassız iddialara qarşı strateji səbri sonsuz deyil. Ukrayna lideri ABŞ-nin dəstəyi ilə kifayətlənən bəzi digər siyasi liderlərin taleyindən dərs almalıdır”, - deyə Kanaani qeyd edib.

Xatırladaq ki, cari ilin avqust ayında İranın Rusiyaya “Mohajer-6” və “Shahed” pilotsuz uçuş aparatları göndərdiyi məlum olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR