İnsanlara hürriyət, millətlərə istiqlal!

İran: “Zelenski kimi Şeytanla danışıqlar aparıb, ona qalib gəlmək olar”

Tehran Donald Trampa qarşı çıxır, Moskva isə onu göylərə qaldırır

İndi parçalanmış görünən kollektiv Qərbin 4 düşməni var: Rusiya, Çin, İran və Şimali Koreya. Bu ölkələr Rusiya-Ukrayna müharibəsində birinciyə ciddi dəstək verib. İndi isə Donald Tramp daha çox Rusiyanın maraqları nəzər alınmaqla Ukrayna torpağını xaraba qoyan müharibəni dayandırmaq istəyir. ABŞ-ın Rusiya ilə yaxınlaşmaq və Rusiyanı Çindən ayırmaq üçün gördüyü işlər ortadadır. Bu, bəlli dördlük arasında münasibətlərə mənfi təsir edir. Məsələn, Çin ABŞ-Rusiya yaxınlaşmasının qarşısını alamaq üçün Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Vladimir Putin isə qəfildən Çini D.Trampla anlaşmağa çağırıb. Heç İran da Rusiyanın Amerikaya üz tutmasından məmnun deyil. Məsələn, ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski Ağ Evdəki görüşünə Rusiya və İran 180 dərəcə fərqli rakursdan baxır. Rusiya ən yüksək səviyyədə Donald Trampın Volodimir Zelenskinin üzərinə yeriməsini tərənnüm etdi. İran isə olaya belə münasibət bildirdi: İran eltasının orqanı kimi tanınan “The İran Daily” baş məqaləsində cənab Zelenskinin ABŞ prezidenti Donald Trampla görüşdənZəfərli çıxdığını vurğuladı. Olayı Vaşinqtona güzəştə getməmək nümunəsi kimi vəsf etdi.

1741033772237.jpg (226 KB)

"Zelenskinin Trampla qalibiyyətlə qarşıdurması onu göstərdi ki, Şeytanla danışıqlar aparıb qalib gəlmək olar. Heç də hər danışıqlar güzəştə gətirib çıxarmır".

"Bəziləri hesab edir ki, Amerika ilə danışıqlar əbəsdir. Lakin Zelenski nümayiş etdirdi ki, cəsarət və aydınlıqla təkcə təzyiqlərə qarşı durmaq olmaz, həm də qalib gəlmək olar".

Qəzet qeyd edib ki, Tramp və komandası Zelenskini həm Moskva, həm də Vaşinqton üçün əlverişli olan sülh planını qəbul etməsi üçün təzyiq göstərərək küncə sıxışdırmağa çalışırdı. “Əvəzində Zelenski Trampın üzünə taxılmış maskanı çırdı” və ABŞ-ı açıq şəkildə Rusiyanın hiyləsinə düçar olmaqda ittiham etdi.

Tramp və Zelenski arasında baş tutan görüşdən qısa müddət sonra beynəlxalq manşetlərdə İranın Ali Liderinin ofisi Qərbə güvənməklə bağlı xəbərdarlıqlarını fürsətdən istifadə edərək yenidən gündəmə daşıdı.

Əli Xamneyinin rəsmi X hesabında onun 2022-ci ildə Ukrayna ilə bağlı dedikləri yer alıb: “Ukraynadakı vəziyyətdən ilk dərs odur ki, Qərbin onların marionetkası olan ölkələrə və hökumətlərə dəstəyi ilğım kimi bir şeydir”. "Bütün hökumətlər bunu başa düşməlidir. ABŞ və Avropaya arxalanan hökumətlər Ukraynadakı mövcud vəziyyətə üzləşəcəklər".

hamaney-745x465-1720333337.jpg (72 KB)

Cənab Xamneyi İran prezidenti Məsud Pezeşkianın davamlı cəhdlərinə baxmayaraq İranın ABŞ ilə diplomatik danışıqlar aparmasını qadağan edib. Keçən ay Ali Dini Rəhbər danışıqları “nə müdrik, nə ağıllı, nə də şərəfli” olmadığını bildirmişdi.

Onu da deyək ki, D.Tramp V.Putinlə telefon danışığı zamanı İranın nüvə proqramı məsələsini də müzakirə etmişdi. Yəni Amerika İranla yenidən nüvə razılaşması əldə etmək istəyir. Ancaq Əli Xamneyi buna imkan vermir. Çünki o, Qərbi etibarsız və yalançı hesab edir.

Gördüyünz kimi, Rusiya-Ukrayna məsələsinin Ağ Evin gündəminə oturması təkcə ABŞ ilə Aİ arasında müəyyən umu-küsü yartamayıb. Rusiyanın təmsil olunduğu qrupda da ciddi narazılıq var. D.Trampın başladığı proses dərinləşdikcə bu çatlar daha da böyüyə bilər.

Elbəyi Həsənli. Sürix
https://www.iranintl.com/en/202503027874

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR