İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Ermənistanın Göy məscidlə bağlı fitnəkar niyyəti-siyasi ekspertdən şok açıqlamalar  

 

İranın “Şərqi Azərbaycan” vilayətinin mədəni irs, turizm və sənətkarlıq departamentinin baş direktoru Əhməd Həmzəzadə bir gün öncə İrəvanda səfərdə olub və Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Alfred Köçəryanla görüşüb.

Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli bildirib. Politoloq qeyd edib ki, görüş zamanı Həmzəzadə molla rejiminin başbilənlərinin daha öncə verdikləri açıqlamaların ruhuna uyğun olaraq, “İranla Ermənistan arasındakı çoxəsrlik dostluqdan” danışıb və “qarşılıqlı münasibətlərin getdikcə daha da möhkəmləndirildiyini və inkişaf etdirildiyini” bildirib: “Şübhəsiz ki, Əhməd Həmzəzadədən iqtibas gətirdiyim fikirlərinin birinci hissəsi həqiqətdən nə qədər uzaqdırsa, sonluğu bir o qədər reallığı əks etdirir.

Əhməd Həmzəzadənin Ermənistanlı nazir müavini ilə görüşündə səsləndirdiyi bir neçə cümləni olduğu kimi təqdim etməklə, molla rejiminin yalan püskürməkdə xəstə erməni ultramillətçilərindən heç nə ilə fərqlənmədiyinə diqqət çəkmək istəyirəm.

16389780936039159823_1000x669.jpg (238 KB)

Sitat: “Qarşılıqlı əlaqələrin inkişafının sübutu həyata keçirdiyimiz və keçirəcəyimiz proqramlardır. O cümlədən mədəni irslə bağlı YUNESKO-ya birgə müraciət təcrübəsinin olduğunu da qeyd etmək lazımdır. Hazırda sizə daimi bir təklifimiz var. İrəvanın mərkəzindəki Göy Məscid mədəni irsin qorunmasının yaxşı nümunəsidir”.

E.Mirzəbəyli Əhməd Həmzəzadə adlanan soysuzun və onu Ermənistana göndərənlərin əsl niyyətindən bəhs edib: “Tehran İrəvandakı Göy Məscidin İranın Ermənistandakı mədəni irsi kimi qeydiyyata alınması üçün ermənilərlə birlikdə YUNESKO-ya müraciət etmək istəyir və çox güman ki, eyni addımın Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki bütün tarixi-mədəni abidələri ilə bağlı atılması da müzakirə mövzusudur. Bununla da İran rejimi və Ermənistan Azərbaycan türklərinə məxsus abidələri, mədəniyyət nümunələrini “iranlılar”ın adına çıxmaqla, izlərimizi tarixi torpalarımızdan silməyə, Ermənistan ərazisində dağıdılan məhv edilən tarixi-mədəni abidələrimizlə bağlı konkret faktlara söykənən arqumentlərimizi zəiflətməyə çalışırlar. Doğrusu, bu molla rejimi tərəfindən Azərbaycan xalqına qarşı düşmənçiliyin ən son həddidir və azacıq ləyaqət hissi olan, şərəfdən qısır qalmayan heç bir ölkə, siyasi hakimiyyət belə rəzilliyə imza ata bilməzdi. İndi isə İran rejiminin “mədəniyyət” emissarı Əhməd Həmzəzadənin Ermənistanlı nazir müavini ilə görüşündə səsləndirdiyi digər fikirləri olduğu kimi təqdim etməklə gözümüz önündə tüğyan edən simasızlığı dəyərləndirməyi hörmətli oxucuların öhdəsinə buraxmaq istəyirəm: Sitat: “Kilsələrin qorunmasını biz Təbrizdəki erməni icması ilə əməkdaşlıq çərçivəsində həyata keçiririk. Bu erməni mədəni irsinin bizim üçün nə qədər vacib olduğunun sübutudur. Biz dünya səviyyəsində mədəni irs nümunəsi kimi tanınmış məbədlərimizdən turizmin inkişafı üçün də istifadə edə bilərik. Fürsətdən istifadə edib İran ədəbiyyatının nümunələrinin Matendaranda yüksək səviyyədə saxlanılmasına və Göy Məscidin qorunmasına görə Ermənistana təşəkkürümü bildirirəm. Biz birlikdə Göy Məscidin dünya mədəni irsinin nümunələrindən biri kimi tanınmasına da nail ola bilərik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR