İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfiri Livandakı partlayışda YARALANDI

İranın Livandakı səfiri Moctaba Amani rabitə qurğusunun partlaması nəticəsində yaralanıb.

Musavat.com xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

İRNA- nın xəbərinə görə, səfir yüngül xəsarətlər alıb və onun həyatı üçün təhlükə yoxdur.

Bundan əvvəl bildirilib ki, Beyrutun cənubunda Hizbullahın qərargahının yerləşdiyi ərazidə rabitə cihazlarının partlaması nəticəsində xeyli sayda şəxs yaralanıb və onlar xəstəxanalara aparılıb.

Respublikanın Səhiyyə Nazirliyi yaralıların sayının çox olması ilə əlaqədar ölkədəki bütün tibb müəssisələrinin hazırlığını artırdığını açıqlayıb. Livanın cənubundakı Nəbatiyyə, Səidə və Tire şəhərlərində itkilərin olduğu bildirilir.

Şahanə Rəhimli
Musavat.com

iran-sefiri-beyrutda-partlayisda-yaralandi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR