İnsanlara hürriyət, millətlərə istiqlal!

İran parlamenti Putin İttifaqı ilə sazişi ratifikasiya edib

Tehran Rusiya nümayəndə heyətinə məlumat verib ki, İran parlamenti İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında azad ticarət zonası (STA) haqqında sazişi ratifikasiya edib, sənəd ölkənin Konstitusiyanı Mühafizə Şurasının rəyinə göndəriləcək.

Musavat.com xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya nümayəndə heyətinin İrana işgüzar səfərinin yekunları ilə bağlı jurnalistlərə deyib.

Overçuk qeyd edib ki, tərəflər İranın Avrasiya İqtisadi İttifaqında müşahidəçi qismində iştirakı məsələlərini müzakirə ediblər: “Biz İranın qoşulması və müşahidəçi statusu alması nəticəsində əldə edəcəyi faydaları müzakirə etdik”.

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR