İnsanlara hürriyət, millətlərə istiqlal!

İran kəşfiyyatından ŞOK HƏMLƏ - Fars qadınlar İsrail əsgərləri ilə...

İsrailin Qəzzada əməliyyatlarının davam etdiyi bir vaxtda İran mediasında diqqətçəkən yazı dərc olunub.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ordusundakı hərbçilərdən kəşfiyyat məlumatı almaq üçün gənc və gözəl qadınlara təlim keçir.

"Iran International"ın məlumatına görə, bu qadınlar müxtəlif platformalardan İsrail əsgərlərinə yaxınlaşır və onlardan məlumat almağa çalışır.

Xəbərdə xüsusi təhsil alan qadınların kimliyi, paylaşdıqları foto və videolar dərc olunub.

Eyni zamanda SEPAH tərəfindən xüsusi təlim keçmiş qadınların əldə etdikləri məlumatları HƏMAS-a ötürdüyü də iddia edilib.

"Iran International"da yayımlanan xəbərdə deyilir:

"İran İnqilab Keşikçiləri riyakarlıq edir. Onlar ölkədə gənc qadınları əxlaqsızlıqda ittiham edib cəzalandırarkən, eyni zamanda sosial mediada kişiləri şirnikləndirmək üçün iranlı qadınlardan istifadə edirlər".

İnqilab Keşikçiləri Korpusunun xüsusilə ivrit dilini bilən qadınlara təlim keçdiyi bildirilir. Əməliyyatın İranın Məşhəd şəhərindən idarə edildiyi qeyd edilib. Mediada yer alan xəbərlərdə ən azı 22 saxta profilin yaradıldığı və bu profillərin parik, makiyaj və dekolteli libaslarla çəkilmiş fotoşəkillərlə dəstəkləndiyi qeyd edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR