İnsanlara hürriyət, millətlərə istiqlal!

İran kəşfiyyatı “Mossad”ı ittiham etdi – “Raketlər partlayacaqdı”

İran kəşfiyyatı (İslam İnqilabı Keşikçiləri Korpusu) İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ı Müdafiə Nazirliyinin obyektlərində təxribat hazırlamaqda ittiham edib.

Musavat.com xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd olunur ki, “Mossad”ın başçılıq etdiyi cinayətkarlar keyfiyyətsiz hissələri tədarük etməklə raketlərin buraxılışını pozmağı planlaşdırırdılar, buna görə raketlər buraxılan anda partlamalı idi.

Agentliyin məlumatına görə, təxribatda şübhəli bilinənlərin hamısı saxlanılıb.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsraildə silsilə terror aktlarının təşkilinin arxasında İran dayanır. Hökumət başçısı vurğulayıb ki, ölkə hakimiyyəti günahkarların tapılıb cəzalandırılması üçün hər şeyi edir.

İyun ayında İsrailin baş naziri İrana nüvə proqramının inkişafının nəticələri barədə xəbərdarlıq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR