İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İsraillə birbaşa müharibəyə girə bilər - ABŞ-dan ŞOK AÇIQLAMA

ABŞ administrasiyası İranın Fələstin-İsrail münaqişəsinə hansısa yolla müdaxilə etməyə çalışacağı ehtimalını etiraf edib.

Musavat.com xəbər verir ki, bunu CBS telekanalının efirində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

“Bizim bugünkü təhlükənin dünənkindən fərqli olduğuna dair yeni kəşfiyyat məlumatımız yoxdur. Bu gün də təhlükə realdır. Münaqişənin gərginləşməsi, şimalda ikinci cəbhənin açılması və təbii ki, İranın müdaxiləsi riski var”, - deyə o İrandan İsrailə təhdidlə bağlı suala cavabında bildirib.

"Son bir neçə gündə biz şimal sərhədində atışmaların şahidi olduq. Amma təbii ki, İranın hansısa formada birbaşa müdaxiləyə qərar verəcəyini istisna edə bilmərik. Hadisələrin mümkün inkişafına hazırlaşmalıyıq", - deyə Sallivan vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR