İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İsrailin diplomatik obyektlərinə hücum edə bilər - ŞOK DETALLAR

“İran HƏMAS liderinin öldürülməsinə cavab olaraq, İsrailin diplomatik obyektlərinə hücum edə bilər”

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzetində dərc edilən “Hizbullah-İsrail qarşıdurması ilə İranın növbəti addımı daha sadə ola bilər” başlıqlı yazıda bildirilib.

Qeyd edilib ki, daha genişmiqyaslı müharibə ilə bağlı həftələrlə regional qorxulardan sonra Hizbullahın İsrailə məhdud hücumları onu göstərir ki, İran da müttəfiq kimi eskalasiya riskini dəf etmək istəyir.

Bununla bağlı, qəzet Pentaqonun Yaxın Şərq əməliyyatlarına nəzarət edən Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş rəhbəri, istefada olan general Kennet Makkenziyə istinadən yazıb: “İran HƏMAS lideri İsmayıl Həniyənin Tehranda öldürülməsinə cavab olaraq Avropa, Afrika və ya Cənubi Amerikadakı İsrailin diplomatik obyektlərinə hücum edə bilər. Zəif cəhətlərinə görə səfirliklər asan hədəflər sayılır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR