Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə gərginlik pik həddə çatıb.
Musavat.com xəbər verir ki, İran xarici işlər naziri Abbas Arakçi ABŞ və İsrailin hava zərbələrindən sonra ölkənin bütün zənginləşdirilmiş nüvə materialının dağıdılmış obyektlərin qalıqları altında qaldığını bəyan edib.
Nazirin sözlərinə görə, İran Atom Enerjisi Təşkilatı vəziyyəti qiymətləndirir və nəticələr barədə ölkənin Ali Milli Təhlükəsizlik Şurasına hesabat təqdim edəcək:
“Bütün materiallarımız bombalanmış obyektlərin dağıntıları altındadır. Hazırda müvafiq orqanlar vəziyyəti araşdırır və nəticələr ali orqanlara çatdırılacaq”, – deyə Arakçi televiziya çıxışında bildirib.
Musavat.com
06 Noyabr 2025
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ