Onlayn ictimai-siyasi qəzet
İran Xarici İşlər Nazirliyi Böyük Britaniya, Fransa və Almaniyanın İranın nüvə proqramı ilə bağlı mövqeyinə etiraz olaraq bu ölkələrin səfirlərini çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə "Mehr" agentli məlumat yayıb.
İran Xarici İşlər Nazirliyi səfirlərin Təhlükəsizlik Şurasının mexanizmindən sui-istifadə etmək və Tehranın nüvə proqramı ilə bağlı martın 12-də qapalı iclas keçirmək üçün ABŞ-la “üç ölkənin sövdələşməsinə” etiraz olaraq çağırıldığını bildirib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə proqramı üzrə vasitəçilər vasitəsilə danışıqlar apardıqlarını və həmçinin Böyük Britaniya, Almaniya və Fransa ilə əlaqə saxlamağın vacibliyini vurğulayıb.
Musavat.com
01 May 2025
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ