İnsanlara hürriyət, millətlərə istiqlal!

"İnsanlar arasında hazırda müşahidə edilən virus COVID-in yeni variantıdır" - Professor

Koronavirusun yeni "XBB 1,5" variantı hazırda dünyada əhalisi arasında öz təsirini göstərməyə başlayıb. Digər variantlara nisbətən sürətlə yayılır. İmmun sisteminin elementlərindən, antikorlardan yayınan virus qapalı məkanlarda insanları da tez yoluxdurur.

Sivas Respublika Universitetinin tibb fakültəsinin dekanı, professor Əhməd Alim bildirib ki, növbəti günlərdə virusun alt variantının yayılması daha da sürətlənəcək. Həkimin sözlərinə görə, ölüm riski az olsa da, 65 və daha yuxarı yaşda olan və immun sistemi zəif olan xəstələr risk daxilindədir.

"Ancaq bu, əvvəlki variantlar kimi deyil. Əvvəlki variantlar bir az daha vəhşi idi. Bu variant bir az daha yaxşıdır və insanları xəstəxanaya çox aparmır. Xəstəxanaya yerləşdirmə nisbətləri daha azdır. Halbuki, cəmiyyətdə xəstələnmə nisbəti daha yüksəkdir".

Yeni variantın əsas simptomları dəyişməz qalır: öskürək, soyuqdəymə, zəiflik, yorğunluq, halsızlıq, qızdırma, boğaz və bədən ağrıları.

Türkiyəli həkim dünyanın hər yerində qrip və koronavirusun qarışıq müşahidə edildiyini vurğulayıb:
"Bu gün Şimal yarımkürəsində heç bir ölkə yoxdur ki, “XBB 1.5” variantına daxil olmasın. İnsanlar arasında müşahidə edilən öskürək, boğaz ağrısı və halsızlıq halları əslində "XBB 1.5" variantlarıdır", deyə Ə.Alim əlavə edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR