Onlayn ictimai-siyasi qəzet
Dünyada sintetik qidaların, gərginlik və stressin fonunda alimlər insan ömrünü necə uzatmağın yollarını axtarırlar. Təbii ki, ilk növbədə təbiətə-təbii qidalara nəzər salınır.
Musavat.com həmin növ bitkilərdən biri haqqında aparılan araşdırma nəticələrini təqdim edir:
Aparılan bir araşdırmada tədqiqatçılar qırmızı qarağatın (Frenk üzümü) mühüm faydalarını və xüsusən də ürək-damar sisteminə yaxşı təsir etdiyini aşkar ediblər. Professor Mark Villemsin fikrincə, hətta bu bitkinin bir həftə qəbul edilməsi belə qan dövranında ciddi nəticələrə səbəb olur və bədəni on il cavanlaşdırır, ölümü 20 il uzaqlaşdırır...
Professor Willems 2013-cü ildən Yeni Zelandiya qırmızı qarağatın üzərində araşdırma aparır. Professor bildirir ki, bitki uzunömürlülük üçün əsas qidalardandır. Çiçester Universitetində aparılan araşdırmada da qarağatın ürək-damar sistemi üçün inanılmaz faydalı olduğu aşkar edilib.
Tədqiqatçılar müşahidə ediblər ki, qırmızı qarağat ekstraktı qəbul etməklə əzələ daralması zamanı qanın axınını 45 faizə qədər artırmaq mümkündür. Kliniki əhəmiyyətli dəyişiklik bitkinin qəbulundan 4-7 gün ərzində baş verir.
Professor Willems deyib ki, qırmızı qarağat ekstraktının qəbulu yüksək təzyiqə səbəb olan ürək-damar qüsurlarına qarşı tampon rolunu oynaya bilər. Yüksək qan təzyiqi tez-tez "səssiz qatil" olaraq adlandırılır, çünki bu, bütün dünyada əsas ölüm səbəblərindən biridir. O, ürək çatışmazlığı, koronar arteriya xəstəliyi, insult, periferik arteriya xəstəliyi və damar demanslarının saysız-hesabsız hallarının arxasındakı səbəbdir.
Qırmızı qarağat kalium və linolenik turşunun yaxşı mənbəyidir, hər ikisinin hipertoniya və ürək-damar sağlamlığı üçün elmi cəhətdən sübut edilmiş faydaları var. Kalium qan təzyiqini aşağı sala bilər, GLA isə ürəkdəki hüceyrələrin zədələnməsinə müqavimət göstərməyə kömək edir və qan damarlarında trombositlərin yığılmasını yavaşlatır. Professor Villems: "Tədqiqatlarda görürük ki, qarağatın normal qan təzyiqi olan insanlara çox az təsiri var".
Bununla belə, o əlavə edib ki, qarağat yemək üçün heç də yüksək qan təzyiqinin yaranmasını da gözləmək lazım deyil. Bitki ürək-damar sisteminə faydalı olduğu üçün xəstəliyin yaranmasını önləyir və gələcək təhlükələrdən insanı xilas edir.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ