Onlayn ictimai-siyasi qəzet
London və Berlin yaxın bir neçə gün ərzində tarixi hərbi saziş bağlamağa hazırlaşır.
Musavat.com “The Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili məlumat verib.
Nazirə istinadən verilən məlumatda bildirilir ki, müqavilə çərçivəsində Böyük Britaniya və Almaniya qüvvələri NATO-nun şərq sərhədində, çox güman ki, Estoniya və Litvada birgə təlim keçə biləcəklər. Bundan əlavə, saziş hərbi texnikanın birgə alınmasına və yeni nəsil silahların hazırlanması və istehsalı sahəsində əməkdaşlığın genişləndirilməsinə yol açacaq.
Hili hesab edir ki, Almaniya ilə müqavilə 2010-cu ildə Fransa ilə hərbi müqavilə imzalanandan gündən Böyük Britaniyanın ən əhəmiyyətli ikitərəfli hərbi tərəfdaşlığı olacaq.
Onun sözlərinə görə, London Almaniya ilə yeni sazişə Avropa İttifaqı ilə daha sıx hərbi əməkdaşlıq üçün başlanğıc nöqtəsi kimi baxır. Böyük Britaniyanın 2025-ci ildə Brüssellə məsələ ilə bağlı daha ətraflı danışıqlara başlayacağı gözlənilir.
Nigar,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ