Onlayn ictimai-siyasi qəzet
Kursk əməliyyat qərargahı Qluşkovski rayonundakı evakuasiya zonasını icmanın sərhədlərinə qədər genişləndirib. Rusiya KİV məlumat yayıb. Əvvəlcə yalnız Qluşkovskinin boşaldılması planlaşdırılırdı. Ərazidə 20 minə yaxın insanın yaşadığı qeyd edilir.
Ukrayna ordusu isə Kursk vilayətinin daha bir iri şəhəri uğrunda döyüşlərə başlayıb. Söhbət Juravl şəhərindən gedir. Rusiyanın əsas strateji yollarının keçdiyi Juravl şəhərinin şərq hissəsi bütünlüklə Ukrayna ordusunun nəzarəti altına keçib. Hazırda Juravl şəhəri uğrunda şiddətli döyüşlər gedir. Ukrayna ən azı şəhərin bir hissəsinə və bəlkə də ətrafına nəzarət edir.
Bundan başqa, Ukrayna ordusu Kursk vilayətinin daha bir böyük şəhərini ələ keçirməyə yaxındır. Belə ki, Kiyev hərbçiləri Ulanokun şimal-qərbində hücumlara başlayıblar. O deməkdir ki, Ukrayna ordusu son vaxtlar ərazidə xeyli irəliləyib.
Kurskun daha bir şəhəri Ukrayna ordusuna təslim olmaq mərhələsindədir. Bu dəfə Kamışin şəhəri hədəf götürülüb və orada şiddətli döyüşlərin getdiyi, rus ordusunun bəzi bölmələrinin geri çəkildiyi müşahidə olunur.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Elçin Xalidbəyli ilə Rusiya şəhərlərinə hücumların səbəblərini müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ