İnsanlara hürriyət, millətlərə istiqlal!

“İnanıram ki, “Dinamo” “Qarabağ”ı keçəcək” - Vahid Halilhodziç 

"Qarabağ" ilk hissədə bir-iki qol vursa, eyforiyaya düşə bilər. Digər tərəfdən bu, "Dinamo"nu panikaya sala bilər. Amma mən inanıram ki, "Dinamo" "Qarabağ"ı keçəcək".

Yenisabah.az xəbər verir ki, bu sözləri Zaqreb "Dinamo"sunun sabiq baş məşqçisi Vahid Halilhodziç Xorvatiyanın "Vecernji" nəşrinə açıqlamasında deyib.

Bosniyalı mütəxəssis qeyd edib ki, "Dinamo"nun ilk oyunda "Qarabağ"ı 3 cavabsız qolla məğlub etməsi komandaya böyük üstünlük verib: "Həmin 3:0 hesabı qeyri-adi nəticədir. Onu da etiraf etmək lazımdır ki, rəqibin də qol vurmaq üçün üç-dörd gözəl fürsəti var idi. Ancaq bundan istifadə edə bilmədilər. "Dinamo" üçün 3:0 hesabı Çempionlar Liqasının əsas mərhələsinə daxil olmaq üçün böyük üstünlükdür. İnanıram ki, "Dinamo" irəliləyəcək". 

PSJ, Yaponiya və Əlcəzair millisinin keçmiş çalışdırıcısı "Qarabağ"ın ilk görüşdə yaxşı oyun nümayiş etdirdiyini də bildirib: “Qarabağ” topa yaxşı sahib olur, texniki cəhətdən çox yaxşı və sürətlidir. Onlar bir neçə riskə getdilər. “Dinamo” bundan necə istifadə edəcəyini bilirdi. Kulenoviç “Dinamo” üçün iki vacib qol vurdu. “Dinamo” bu üstünlüyü əldən verməməlidir. Baxmayaraq ki, Bakıda çətin olacaq".

Qeyd edək ki, "Qarabağ"la "Dinamo" arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR