İnsanlara hürriyət, millətlərə istiqlal!

İmran Xan zaminə buraxıldı

Pakistanın Ali Məhkəməsi "Rəsmi sirlər haqqında" qanunu pozmaqda ittiham edilərək həbsdə olan keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qüreşinin zaminə buraxılmasını təsdiqləyib.

Musavat.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Daun" nəşri məlumat yayıb.

Məlumata görə, məhkəmə keçmiş nazirləri 1 milyon Pakistan rupisi qarşılığında azadlığa buraxıb.

Qeyd edək ki, noyabr ayında Pakistanın Ədalət Hərəkatı Partiyası Ali Məhkəməyə müraciət edərək, Xan və Qüreşinin zaminə buraxılmasını istəyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR