İnsanlara hürriyət, millətlərə istiqlal!

İmkansızlıqdan sazını satan xanım aşığın günü-güzəranı - Ürək sızladan mənzərə

“Vaxtilə toylara aşıq kimi gedirdim, indi əlacsızlıqdan sazımı da satmışam”.

Bu sözləri qızı və 3 nəvəsi ilə İkinci Zabrat qəsəbəsi Aşıq Ələsgər küçəsindəki qarajda yaşayan Məhbubə Musayeva Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində deyib.

Maşın vurduqdan sonra iş qabiliyyətini itirən çarəsiz ana zamanında kömək etdiyi qohumlarının yardımından da məhrum olub.

“Yaxşı gəlirim olub. Qohum-qardaşa xərcləyib, bu günə qalmışam” deyən M.Musayeva evini də qardaşına görə satıb.

Məhbubə xanımın 12 yaşlı nəvəsi Nəzrin hazırda imkansızlıqdan məktəbə gedə bilmir.

“Böyük qızım məktəbə mənim paltarlarımı geyinib gedir. Təkcə oğluma geyim ala bilirəm”, - deyə Nəzrinin anası söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR