Onlayn ictimai-siyasi qəzet
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra CHP sədri Özgür Özəl martın 23-də keçirilməsi planlaşdırılan CHP-nin prezidentliyə namizədi ilə bağlı kritik açıqlamalar verib.
Musavat.com xəbər verir ki, bu barədə o, Halk TV-də danışıb.
"İstər diri, istərsə də məzarda olsaq, o seçki qutuları qurulacaq", - Partiya sədri açıqlamasında bildirib.
"Haber Global"ın məlumatına görə, CHP İstanbul İl sədri Özgür Çelik Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı açıqlamalar verib.
Canlı yayımda danışan Çelik İmamoğlunun Vətən Caddəsində yerləşən İstanbul Polis İdarəsinə aparıldığını açıqlayıb.
CHP sədri Özgür Özel İmamoğlunun saxlanılması xəbərini aldıqdan sonra İstanbula yola düşüb. "Başqanımız İstanbula gəlir. Bütün CHP-lilər Vətən Əmniyyətə və Saraçhaneyə gedirlər", - Çelik deyib.
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ