Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı apardığı iki ayrı istintaq çərçivəsində İstanbul meri Əkrəm İmamoğlu, Bəylikdüzü Bələdiyyə sədri Murat Çalık, Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan və müğənni Ercan Saatçi də daxil olmaqla 79 nəfər saxlanılıb.
Musavat.com “Haberler.com”a istinadən xəbər verir ki, Saatçinin İstanbul Böyükşəhər Bələdiyyəsinin konsertləri səbəbiylə saxlanıldığı iddia edilib.
Ercan Saatçi kimdir..
90-cı illərdə mahnıları ilə iz qoyan Ercan Saatçi 1968-ci il martın 13-də İstanbulda anadan olub. Haydarpaşa Liseyində oxuyarkən Sabri Süha Ansendən skripka dərsi alıb.
1988-ci ildə tələbə olarkən TRT Eurovision finalında iştirak etmək hüququ qazanıb.
Elə həmin il keçirilən universitetlərarası musiqi yarışmasında "Her Name Is N.G." adlı mahnısı ilə qalib gəlib.
1990-cı ildə "Grup Vitamin" adlı qrup qurub. 1992-ci ildə Çelik Erişçi qrupdan ayrıldıqdan sonra 1993-cü ildə İzel-Ercan adı ilə "İşte Yeniden" albomunu çıxarıb.
Bu günə kimi o, 600-ə yaxın mahnı bəstələyib və aranjiman edib. Ercan Saatçi "Doğan Müzik Company"dən (DMC) ayrılaraq "Rec by Saatchi" adlı öz şirkətini qurub.
2003-2004-cü illər arasında "Popstar" və "Turkstar", 2006-cı ildə "Star Avı", 2008-ci ildə isə "Alaturka Solist" müsabiqəsində münsiflər heyətinin üzvü olub.
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ