İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon zəhərini Ukraynaya tökdü - Kiyevin əks-hücumu uğursuz olubmuş

Amerikalı milyarder, Tesla və SpaceX-in qurucusu İlon Mask Ukraynanın əks-hücumunun nəticələrini sərt şəkildə tənqid edib.

Musavat.com xəbər verir ki, iş adamı X sosial şəbəkəsindəki hesabında "belə əhəmiyyətsiz nəticəyə görə bu qədər ölüm" yazıb.

Beləliklə, Mask Ukraynanın əks-hücumunun nəticələrinin əhəmiyyətsizliyini qeyd edən sahibkar David Saksın postunu şərh edibi.

Kiyev iyunun 4-də əks-hücum əməliyyatına başlayıb. Sentyabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin bildirib ki, “əks-hücum” nəinki dayanıb, hətta Kiyev 71,5 min əsgər itirib.

Ötən həftə alman politoloqu Aleksandr Rahr seçki kampaniyası zamanı ABŞ-ın keçmiş prezidenti Donald Tramp və İlon Maskın Ukrayna münaqişəsinə son qoymaq üçün öz sülh planını hazırlayıb təklif edə biləcəkləri fikrini bildirib.

Maskın so aylardakı açıqlamalarə Rusiyaya sərf edən prizmadan verilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR