Onlayn ictimai-siyasi qəzet
Amerikalı sahibkar İlon Mask ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasını dəstəklədiyini açıqlayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Mask özü özünə məxsus X platformasında yazıb: “Bir neçə il əvvələ qədər mən demokratlara 100% səs verirdim. İndi düşünürəm ki, bizə “qırmızı dalğa” lazımdır (qırmızı rəng respublikaçıların rəngidir), əks halda Amerika bitəcək”.
Ağ Evin keçmiş sahibi Donald Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülmək üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı dövlət başçısı Co Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Beləliklə, dörd il əvvəlki kimi prezident postu uğrunda mübarizə yenə Baydenlə Tramp arasında gedə bilər.
ABŞ-da prezident seçkisi noyabrın 5-də keçiriləcək.
Musavat.com
24 Dekabr 2024
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ