Onlayn ictimai-siyasi qəzet
İlon Mask X (keçmiş Twitter) şirkətinin əməkdaşlarına göndərdiyi məktubda şirkətin zəif maliyyə göstəricilərindən narazılığını ifadə edib.
Musavat.com xəbər verir ki, "Wall Street Journal"-ın yaydığı məlumata görə, Mask məktubunda qeyd edib:
"İstifadəçi artımımız durğun vəziyyətdədir, gəlirlərimiz böyük deyil və güclə ayaqda qalırıq".
Mask daha əvvəl, 2022-ci ilin oktyabrında Twitter-i təxminən 44 milyard dollara satın aldıqdan sonra gəlirlərin təxminən iki dəfə azaldığını dəfələrlə bəyan etmişdi. Hazırda X-in nə qədər gəlir əldə etdiyi dəqiq məlum deyil.
2023-cü ildə X rəhbərliyi bəzi reklamverənlərin platformaya qayıtdığını açıqlamışdı. Bununla belə, bir çox müştəri X-də reklam yerləşdirməkdən çəkinir. Onlar senzura məhdudiyyətlərinin aradan qaldırılmasından sonra reklamlarının "nifrət dili" ehtiva edən yazılarla yanaşı görünəcəyindən narahatdırlar.
Musavat.com
24 Fevral 2025
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ