İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlk qazancımla 5 mərtəbəli bina aldım”

Məşhur müğənni Sibel Can ilk qazandığı pullarla beş mərtəbəli bir yaşayış binası aldığını iddia edib.

Sibel Can qonaq olduğu verlişdə aparıcı İbrahim Səlimin "Qazandığınız ilk pulla nə aldınız?" sualına cavab verərkən, bəzilərini təəccübləndirən açıqlama verib:

"Beş mərtəbəli bina almışdım. Birinci mərtəbəsində mağaza da var idi. O vaxt Karagümrükdə evlər ucuz idi. Mənzil çox idi, beş mərtəbəydi".

Qeyd edək ki, Sibel Can ailəsində daim sevgi və xoşbəxtliyin olduğunu vurğulayaraq, "Çox şanslı bir uşaq idim. Evimizdə heç bitməyən bir xoşbəxtlik və sevgi vardı" deyib. Atası Engin Cangürenin keman ifaçısı olduğunu və 12 yaşında ilk dəfə Vyanada səhnəyə çıxdığını əlavə edib.

17 yaşında assolist olan Sibel Can yaşının kiçik olması səbəbilə "Maksim" "Kazino"sunun bağlandığını və bu hadisənin onu məşhur etdiyini bildirib. Daha sonra yaşını 6 il artıraraq sənədləşdirdiklərini, lakin sonradan məhkəmə yolu ilə doğum tarixini düzəltdiyini də qeyd edib. (Milli.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR