İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlk oyunlarda çətin idi, indi daha öyrəşirəm…” – Ronaldo "Al-Nasr"dan danışıb

Məşhur futbolçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Al-Nasr” klubuna dərhal adaptasiya oluna bilməyib.

Azpost.info bildirir ki, bu barədə o, Goal.com-a müsahibəsi zamanı deyib.

“Mən komandanı daha yaxşı hiss edirəm, öyrəşirəm. Tərəfdaşlarımın hərəkətlərini anlamağa başlayıram. Ona görə də demək olar ki, artıq adaptasiya olunmuşam”-deyə Ronaldo bildirib.

Futbolçu hesab edir ki, onun oynadığı yeni klub gələcəkdə yüksək səviyyəyə qalxa bilər.

“Düzdür, ilk oyunlarda mənə çətin idi, amma indi hər şey əladır”-deyə o əlavə edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR