Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukraynaya qarşı ilk dəfə "X-69" raketinin kasset elementləri və metal şarlarla təchiz edilmiş yenilənmiş versiyasından istifadə edib.
Musavat.com xəbər verir ki, bu barədə "Defense Express" məlumat yayıb.
Açıq mənbələrə əsasən, raketin ümumi çəkisi 800 kq-a qədərdir, bunun 310 kq-ı döyüş başlığıdır.
Raketin atış mənzili isə 400 km-ə qədər çatır.
Qeyd edək ki, "X-69" raketinin kasset elementləri və metal şarlarla təchiz edilməsi silahı daha ölümcül edir. Belə ki, kasset bombası tərkibində bir neçə kiçik partlayıcı element saxlayır və bu elementlər geniş əraziyə yayılaraq hədəflərə çoxsaylı zərbələr endirir. Metal şarlar isə partlayış zamanı ətrafda böyük dağıntılar törətməklə yanaşı, insan itkilərini də artırır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ