Onlayn ictimai-siyasi qəzet
Şəxs iddia edir ki, istehsal ili köhnə olan avtomobili taksi qeydiyyatından keçirir.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrədə taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün maşınları pul ilə qeydiyyatdan keçirən səhifə açılıb.
Hətta ili 1995-96 olan nəqliyyat vasitələrini də qeydiyyatdan keçirə bildiyini deyir. Etdiyi işə tam zəmanət verdiyini də bildirir.
Qeydiyyat edən şəxs deyir ki, müraciət edən vətəndaş ölkəmizdə fəaliyyət göstərən məhşur taksi şirkətlərindən birində çalışa bilər.
Adı çəkilən taksi şirkətindən “Xəzər Xəbər”ə bildirildi ki, hesabın servislə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, tələblərə riayət etməyən parklarla əməkdaşlığa xitam verilir. Sistemdə avtomobilin yaşını və qanunun tələblərinə uyğunluğunu izləməyə imkan verən tədbirlər mövcuddur.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, hazırda taksi kimi fəaliyyət göstərə bilməyən şəxslər bu yollarla aldana bilərlər.
Məsələ iləbağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, köhnə olan avtomobillərin taksi fəaliyyəti üçün qeydiyyatdan keçirilməsi ilə bağlı sosial şəbəkə hesabları üzərindən yayılan məlumatlar həqiqəti əks etdirmir.
Vətəndaşlara belə elanlara inanmamağı və şəxsi məlumatlarını təqdim etməməyi tövsiyə edirik.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ