İnsanlara hürriyət, millətlərə istiqlal!

İlhamə Elşadqızı ağır ittihamla HƏBS EDİLDİ

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bu tədbirlər çərçivəsində saxlanılan özünü şair kimi təqdim edən İlhamə Elşadqızı həbs olunub.

Yasamal rayon Məhkəməsində onun barəsində həbs qərarı verilib.

İ. Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

O, polisin keçirdiyi əməliyyat nəticəsində saxlanıb.

Qeyd edək ki, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların da barəsində həbs qərarı çıxarılıb.

Şair İlhamə Elşadqızı “azerzahid6669966” adlı istifadəçi tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR