Onlayn ictimai-siyasi qəzet
"Qardaş, dost Tacikistana yenidən gəlməyimə çox şadam".
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşündə deyib.
"Siz qeyd etdiyiniz kimi ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Nümayəndə heyətlərinin üzvləri də öz aralarında fəal diskussiyalar aparacaqlar. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq. Biz birgə fəaliyyətimizin sonrakı proqramını müəyyən edəcəyik", - dövlət başçısı bildirib.
17 Noyabr 2024
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ