İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev onlara tarix, əxlaq dərsi verdi - Kılıç

“Müzəffər Ali Baş Komandanın Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşə 10 dəfə baxdım, 10 dəfə qürur duydum”.

Musavat.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç bildirib.

O, Prezident İlham Əliyevin avropalı qonaqlara sözün həqiqi mənasında dərs keçdiyini qeyd edib:

“Ali Baş Komandan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin rəhbərlik etdiyi heyəti 4 gün öncə qəbul etdi və onlara tarix, əxlaq, siyasət dərsi verdi. Cənab Prezidentin açıq və gerçəkləri tək-tək dilə gətirməsi qarşısında Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndələri səssiz qaldı və onu tələbə kimi dinlədi. Cənab Prezident son dərəcə diplomatik üslubla və usta bir diplomat tərzi ilə, özündən əmin, savaşda qalib gəlmiş sərkərdə ədası ilə Avropa Parlamentinin yol verdiyi səhvləri tək-tək sıraladı.

Xatırladım ki, hələ 2018-ci ildə baş tutan görüşdə Avropa Parlamenti ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi qərara alınmışdı. Lakin Avropa Parlamenti bu sahədə heç bir aktivlik göstərmədi.

İndiyədək Avropa Parlamenti Azərbaycan əleyhinə əsassız olaraq 10-dan çox qətnamə qəbul edib. Bu qətnamələr tamamilə böhtan və yalandan ibarətdir. Cənab Prezident bunu açıq şəkildə qarşı tərəfin diqqətinə çatdırdı. Hətta Avropa Parlamentinin erməni parlamentindən daha sərt qərarlar aldığını söylədi. Avropa Parlamenti Azərbaycanın guya Qarabağda ermənilərə məxsus maddi-mədəniyyət nümunələrini dağıtması ilə bağlı əsassız qərarlar qəbul etmişdi. Halbuki, bir dəfə də olsun bununla bağlı Qarabağda hər hansı tədqiqat aparmayıb. Vətən müharibəsindən ilyarım keçməsinə baxmayaraq, ən son mart ayında aldığı qərarla yenə Azərbaycana bir iftira atıb. Halbuki, Qarabağa səfər edən diplomatik nümayəndələr, media əməkdaşları şahiddirlər ki, Qarabağda Azərbaycana məxsus abidələri, əsər və incəsənət nümunələrini məhv edən Ermənistan tərəfi olub.

Cənab Prezident Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədrinə bildirdi ki, söylədiyi fikirlər, ümumilikdə Azərbaycan xalqının düşüncəsidir. Dövlət başçısı bu gün Azərbaycanın bölgədə ədaləti bərpa etdiyi açıq şəkildə bildirdi. Mən belə bir Prezidentimiz olduğu üçün qürur duyuram və hesab edirəm ki, Azəbaycan xalqının hər bir nümayəndəsi mənimlə eyni duyğunu bölüşür”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR