İnsanlara hürriyət, millətlərə istiqlal!

İki Koreya - Biri Ukraynaya silah göndərir, biri Ukraynaya qarşı əsgər

Cənubi Koreya Ukraynaya ağır, son nəsil silahlar veməyə başlayacağına söz verib. Şimali Koreya isə Ukraynaya qarşı vuruşmaq üçün Rusiyaya 12 min əsgər göndərib. Şimali Koreyanın əsgərləri Rusiyanın Sergeyev poliqonuna yerləşdirilib.

Təlimlərdən sonra ordu Ukraynaya döyüşlərə göndəriləcək.

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a şərhində bildirib ki, Cənubi Koreyanın Ukraynaya son nəsil silahlar verməyə başlayacağını elan etməsi, digər tərəfdən Şimali Koreyanın artıq Rusiyaya xüsusi təyinatlılar göndərməsi müharibənin gedişinə elə bir ciddi təsir göstərməyəcək.

abutalıbov.jpg (245 KB)

Hamı başa düşür ki, bu cür davam eləsə Ukraynanın torpaqlarını azad etmək şansı olmayacaq. Rəqəmlər göz qabağındadır:

“2022-ci il əks hücum kampaniyasında Ukrayna 78 min kvadrat km. ərazisini azad elədi. 2023-cü ildə isə demək olar ki, irəli gedə bilmədi, əks hücum əməliyyatı uğursuz nəticələndi. 2024-cü ildə əks hücum kampaniyası olmadı, əvəzinsə Kursk əməliyyatı keçirildi və 1300 kvadrat km. Rusiya torpağı ələ keçirildi. İndi isə həmin torpaqların xeyli hissəsini ruslar nəzarətlərinə qaytarıblar. Zelenski elan etmişdi ki, Kursk əməliyyatının əsas məqsədi Donetsk və Luqansk istiqamətində hücum edən rusların müəyyən qüvvələrini Rusiyanın daxilinə geriyə oturtmaq cəhdidir. Ancaq ruslar irəliləməkdə davam edirlər.

Müharibə başlayandan işğal eləyə bilmədikləri alınmaz qala olan kiçik şəhərlər dalbadal ruslar tərəfindən işğal olunur. Zelenski bu məqamda sülh planını təqdim edir. Hələ də Zelenski ümid edir ki, Ukraynanı yaxın vaxtlarda NATO-ya dəvət eləyə bilərlər.

Halbu ki, Qərb buna razılıq verməyəcək. NATO baş katibi deyir ki, bəzi müddəalar üzərində iş getməlidir, onların qəbul olunması mümkün deyil. Hamının gördüyü reallıqları hələ də Zelenski görmür, hələ də Qərbdən müəyyən tələblər edir. Lakin istədiyini tam şəkildə ala bilmir. Dünən ABŞ prezidenti Fransanın, Böyük Britaniyanın və Almaniyanın liderləri ilə görüşdü, ancaq onlarla bir yerdə olan Zelenskini görüşə dəvət eləmədi. Son nəticədə artıq Ukraynanın 125 kvadrat km. yaxın ərazisi işğal altındadır. Ruslar ağır-ağır olsa da irəliləyirlər. Bunun qarşısını almaq üçün göstərilən hərbi yardımlar bir neçə dəfə artırılmalıdır”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR