İnsanlara hürriyət, millətlərə istiqlal!

İki fransız Baykonur kosmodromuna girməyə cəhd edib - biri ölüb

İki Fransa vətəndaşı Qazaxıstandakı Baykonur kosmodromunun ərazisinə daxil olmağa cəhd göstərib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə iyunun 11-də məlumat yayılıb.

Hadisənin iyunun 10-da baş verdiyi bildirilir. Medianın yazdığına görə, fransızlar “klassik” yolu seçiblər: onlar magistral yola düşüb, çöldən keçərək hündür binalara doğru irəliləyiblər.

Kosmodrom yolunda fransızlardan biri xəstələnib. Mənbə bildirib ki, şəriki ona ilkin tibbi yardım göstərə bilməyib və yola tərəf qaçmaq qərarına gəlib.

“Onlardan biri magistral yola çatıb, maşın saxlayıb, vəziyyəti izah edib və təcili yardım çağırana qədər, ikincisi susuzluqdan ölüb”, – media şahidlərdən birinin sözlərini sitat gətirib.

Fransa vətəndaşlarının bu kosmodromun ərazisinə girmək istəməsi, böyük ehtimalla turistik məqsəd daşıyıb.

Baykonur kosmodromu Qazaxıstan ərazisində yerləşir, dünyanın ilk və ən böyük kosmodromudur. Ərazisi 6700 kvadrat kilometrdən çoxdur. Kosmodrom və eyniadlı şəhəri Rusiya Qazaxıstandan 2050-ci ilə qədər icarəyə götürüb.

4 oktyabr 1957-ci ildən 30 may 2024-cü ilə qədər Baykonur kosmodromundan 1541 orbital raket buraxılışı həyata keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR