Onlayn ictimai-siyasi qəzet
"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramda müəllif və aparıcı Arzu Kəlbi Astaranın Burzubənd kəndində yanğın nəticəsində iki uşağın həlak olduğu evdə olub. Azyaşlıların anası Rəfiqə Mirzəyeva onları xilas etmək üçün eyvandan tullansa da, qapı açılmadığına görə uşaqları çıxarmaq mümkün olmayıb.
"Evi tüstü bürümüşdü. Eyvandan tullandım ki, balalarımı çıxarım, amma bacara bilmədim. Özüm də xəstəxanadan təzə gəlmişəm, həkimlərin nəzarəti altında idim. Uşaqlarımın biri 5, digəri isə 6 yaşında idi", - R.Mirzəyeva söyləyib. Ailənin qohumu Nəsmirə Məmmədova yanğının azyaşlıların olduğu otaqda başladığını söyləyib:
"Uşaqlar divanda oturub televizora baxırdılar, həmişə gec yatardılar. Birdən anası görüb ki, evi tüstü basıb. Hamilə ana balalarını xilas etməyə çalışıb. Evdə üç ailə yaşayırdı. Uşaqlar nə qədər çalışsalar da, qapı açılmayıb. Otaqdakı stolun altında gizləniblər, yanaraq həlak olublar".
Ətraflı Baku TV-nin süjetində:
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ